“Atletiko” “Çelsi”yə qarşı Kurtuanı oynada bilməz
10 aprel 2014 11:08 (UTC +04:00)

“Atletiko” “Çelsi”yə qarşı Kurtuanı oynada bilməz

İspaniya “Atletiko”sunun qapıçısı Tibo Kurtua futbol üzrə Çempionlar Liqasında İngiltərənin “Çelsi” klubuna qarşı oynaya bilməz. Lent.az-ın məlumatına görə, bu barədə “Atletiko”nun prezidenti Enrike Serezo “Marca”ya açıqlama verib.

 

O müqavilə ilə “Çelsi”yə məxsus olan belçikalı qolkiperin artıq 3 ildir Madrid komandasında icarə əsasında çıxış etdiyini xatırladıb. İcarə müqaviləsində isə göstərilib ki, yarımfinal və ya finalda bu komandalar üz-üzə gəlsə, Kurtua “Atletiko”ya yalnız 6 milyon avro qarşılığında kömək edə bilər. Həmin məbləğ isə “zadəganlar”a ödənilməlidir.

 

Serezo deyib: “Biz “Çelsi”yə rəqib olsaq, Kurtuasız keçinmək zorunda qalacağıq. Çünki 6 milyon avronu xərcləməyi sadəcə, özümüzə münasib saymarıq”.

 

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalına “Atletiko” və “Çelsi”dən əlavə, İspaniya “Real Madrid”i ilə Almaniya “Bavariya”sı yüksəlib. Püşkatma mərasimi aprelin 11-də olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043
avatar

Oxşar yazılar