İngiltərənin “Arsenal” klubunun və Almaniya milli komandasının futbolçusu Məsut Özil zədələnib. Lent.az-ın məlumatına görə, türk əsilli yarımmüdafiəçi Almaniya “Bavariya”sı ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə dizaltı vətərindən xəsarət alıb.
Nəticədə o, fasilədə yerini komanda yoldaşı Tomaş Rositskiyə verib. “Arsenal”ın baş məşqçisi Arsen Venger bildirib ki, 25 yaşlı oyunçunun zədəsi ciddidir. Onun sözlərinə görə, Özil bir neçə həftəliyə sıradan çıxıb.
Qeyd edək ki, “Bavariya” – “Arsenal” matçı heç-heçə ilə nəticələnib – 1:1. İlk görüşdən 2:0 hesablı qələbə ilə ayrıldığı üçün Almaniya təmsilçisi ¼ finala yüksəlib.