““Barselona” da öncədən qələbəyə söz vermir” -<span style="color:red;"> AÇIQLAMA
22 fevral 2014 17:49 (UTC +04:00)

““Barselona” da öncədən qələbəyə söz vermir” - AÇIQLAMA

Futbol üzrə Topaz Premyer Liqasında XXIII turun mərkəzi oyunu “İnter” və “Bakı” komandaları arasında keçiriləcək. Lent.az-ın məlumatına görə, “Şəfa” stadionunda baş tutacaq paytaxt derbisi saat 16:00-da başlanacaq.

“İnter” bu oyuna cəzalı Ruslan Əmircanovsuz, “Bakı” isə cəzalı Rauf Əliyev, eləcə də zədəli Şəhriyar Əliyev, Cavid Hüseynov və Elvin Əliyevsiz çıxacaq. Qonaq komandanın baş məşqçisi Milinko Pantiç qarşılaşma haqda fikirlərini açıqlayıb: “Əvvəlki oyunların ardı olaraq “İnter”lə görüş də ağır olacaq. Xüsusilə, onlarla oyunda rəqabət daha qabarıq hiss olunur. “İnter” son saniyəyə kimi döyüşən komandadır. Digərlərindən fərqli, rəqibin taktiki sxemi özəlliyi ilə seçilir. Amma bütün bunlar bizim məqsədimizi dəyişmir. Açığı, lap “Barselona” da öncədən qələbə qazanmağa söz vermir. Lakin biz “Neftçi” və “Xəzər Lənkəran”ın ardından “İnter”i də yenmək əzmindəyik”.

Son dəqiqəyədək döyüşəcəklərinə söz verən serbiyalı mütəxəssis kapitan Rauf Əliyevin yoxluğundan çox narahat olduğunu bildirib. Əvəzində o, uzun müddətdir əsas komandada çıxış etməyən rumıniyalı hücumçu Marius Penanın “Bakı”nın heyətində yer alacağını vurğulayıb. Amma baş məşqçi meydana çıxacaq heyəti hələ müəyyənləşdirmədiyini açıqlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701
avatar

Oxşar yazılar