“Qarabağ” mövsümlərarası fasilədə ilk transferini həyata keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “Qəbələ”nin sabiq futbolçusu Filip Ozobiçlə 3 illik müqavilə imzalanıb.
“Mladost” klubunun yetirməsi olan Ozobiç peşəkar karyerasına Rusiyanın “Spartak” (Moskva) klubunda başlayıb, 2012-ci ildə isə karyerasını icarə əsasında vətənində “Hayduk” (Split) klubunda davam etdirib. O, 2013-cü ildə Xorvatiya “Slaven”inə transfer olunub. Bu klubda 3 mövsüm keçirən Filip 2016-ci ildə “Qəbələ”yə keçib. “Qırmızı-qaralar”ın heyətində oynadığı 2 mövsüm ərzində ümumilikdə 74 matçda meydana çıxan Ozobiç 25 qolla yadda qalıb.