Birinci Avropa Oyunlarında yarışlara yekun vuruldu
28 iyun 2015 18:05 (UTC +04:00)

Birinci Avropa Oyunlarında yarışlara yekun vuruldu

Bakı-2015 I Avropa Oyunlarında yarışlara rəsmən yekun vurulub.

 

Apasport.az saytının məlumatına görə, Oyunların son medalçıları çimərlik futbolçuları olublar.

 

Bu gün Rusiya ilə İtaliya yığmaları arasında baş tutan final görüşündə qələbə qazanan (3:2) ruslar Oyunların 253-cü, yəni sonuncu qızıl medalına layiq görülüblər. Yarışın gümüş və bürünc mükafatlarını isə müvafiq olaraq, İtaliya və Portuqaliya milliləri qazanıblar.

 

Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunlarının ilk medalları iyunun 13-də dağ velosipedi idmanı növündə qazanılmışdı. Həmin vaxt isveçrəli Yolanda Neff qızıl medal qazanaraq, Oyunların ilk çempionu kimi tarixə düşüb. Digər isveçrəli Katrin Stirnemann gümüş, polşalı Maya Vloçovska isə bürünc medal əldə etmişdi.

 

Azərbaycan yığması 56 medalla ilk Avropa Oyunlarının ikincisi olub. İlk yerdə isə Rusiya qərarlaşıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar