Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turu üzrə növbəti oyunu keçilib. Lent.az-ın qol.az-a istinadən məlumatına görə, turun mərkəzi görüşü İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilib. Burada “Neftçi” əzəli rəqibi olan “Xəzər Lənkəran”ı sınağa çəkib. Qarşılaşma "Neftçi"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Oyunun 41 dəqiqəsində "Neftçi"nin oyunçusu Saşa Stamenkoviçə, 90+2 dəqiqə əlavədə isə "XəzərLənkəran"ın oyunçusu Tieqo de Xesusə qırmızı kart verilib.
Avropa Liqasında yeganə təmsilçimiz “Qarabağ” səfərdə AZAL-ın qonağı olacaq. “Simurq” isə doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlir.
Qeyd edək ki, tura sabah keçiriləcək "Bakı" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.