Məmmədyarova bacıları bir-birinə qalib gələ bilmədi
06 mart 2014 11:37 (UTC +04:00)

Məmmədyarova bacıları bir-birinə qalib gələ bilmədi

Respublika Şahmat Mərkəzində qadınlar arasında Azərbaycan çempionatına start verilib. Şahmat Federasiyasından (AŞF) Lent.az-a verilən məlumata görə, yarışa millimizin üzvləri də qatılıblar.

 

İlk turun 6 görüşü arasında Zeynəb və Türkan Məmmədyarova bacıları arasındakı matç daha böyük marağa səbəb olub. Qarşılaşma heç-heçə ilə nəticələnib. Digər oyunlarda qeydə alınan nəticələr:

 

Səbinə Quliyeva - Xəyalə Abdulla – 0:1

Gülnar Məmmədova - Nərmin Xələfova – 0:1

Nərmin Kazımova - Nərgiz Umudova – 1:0

Aytən Əmrayeva – Günay Məmmədzadə - 0,5:0,5

Səbinə İbrahimova - Səhər Hüseynova – 1:0.

 

Qeyd edək ki, yekunda ilk üç yeri tutacaq şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və AŞF-nin medalları ilə təltif olunacaqlar. Onlar, həmçinin 2014-cü ilin şəxsi Avropa Çempionatına vəsiqə qazanacaqlar. Çempionata martın 15-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar