8 min gənc Avropa Oyunlarında könüllü işləmək isləyir
20 avqust 2014 15:27 (UTC +04:00)

8 min gənc Avropa Oyunlarında könüllü işləmək isləyir

Minlərlə Azərbaycan gənci Bakı - 2015 Avropa Oyunları zamanı könüllü kimi fəaliyyət göstərmək imkanı əldə edəcək. Lent.az-ın məlumatına görə, 150403 azərbaycanlı tələbə arasında sorğu iştirakçılarının 71%-i Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etməsinin ölkəmizə mənfəət gətirəcəyinə inanır.

26000-dən çox sorğu iştirakçısı  isə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin ilk Oyunların keçirilməsi üçün nəzərdə tutduğu 12000 könüllü vəzifəsinə  ərizə verib.

Sorğu Azərbaycanın Gənclər Fondunun və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə bu ilin əvvəllərində BAOƏK tərəfindən aparılmışdır.

 

Bu gün BAOƏK, həmçinin, könüllülər proqramı ilə bağlı qəbul kampaniyasının ilk iki ayı ərzində 8000-dən çox ərizə aldığını bəyan edir.

 

İyunun 12-də rəsmi fəaliyyətə başlamış bu proqram ilk Avropa Oyunları zamanı bir sıra vəzifələr üçün gənc azərbaycanlıları və beynəlxalq könüllüləri cəlb etmək məqsədi daşıyır.

 

Qeyd edək ki, Bakı2015 Avropa Oyunları 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunları olacaq. Ümumilikdə 19 idman növü olacaq: 16 Olimpiya idman növü və üç qeyri-Olimpiya idman növü. 17 yarış günü ərzində 6000-dən çox idmançının öz xalqlarını təmsil edəcəyi gözlənilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968
avatar

Səlcuq Elçin

Oxşar yazılar