5 qızıl, 6 gümüş, 1 bürünc
28 avqust 2014 16:33 (UTC +04:00)

5 qızıl, 6 gümüş, 1 bürünc

 

Çinin Nancinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya oyunlarında Azərbaycan idmançıları möhtəşəm nəticə göstəriblər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib. Azərbaycan 9 idman növündə (avarçəkmə, cüdo, taekvando, boks, sərbəst güləş/yunan–roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cü yeri tutub. Qazanılmış medalların sayına görə (12 medal) Azərbaycan 14-cü yerdə qərarlaşıb. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, islam və Qafqaz ölkələri arasında 1-ci yerdədir.

 

21 idmançıdan 12 idmançı medalla vətənə qayıdır.

 

Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya oyunları zamanı isə Azərbaycan 5 idman növündə (ağır atletika, güləş, boks, cüdo, avarçəkmə)  12 nəfərdən ibarət komanda ilə iştirak etmişdi.  Nəticədə 3 idman növündə (ağır atletika, güləş, boks) 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-cü yeri tutub. Eyni zamanda Azərbaycan iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən 2-ci ölkə olub, ümumi hesabda islam dövlətləri arasında 1-ci, Avropada 6-cı, MDB ölkələri arasında 3-cü yeri tutub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743
avatar

Oxşar yazılar