2 qat paralimpiya çempionumuzdan ordu gününə özəl hədiyyə
27 iyun 2013 16:10 (UTC +04:00)

2 qat paralimpiya çempionumuzdan ordu gününə özəl hədiyyə

Azərbaycanın cüdo üzrə 2 qat paralimpiya çempionu İlham Zəkiyevin üçüncü övladı dünyaya gəlib. Lent.az-ın məlumatına görə, iyulun 26-da 33 yaşlı idmançımızın yaşadığı Sumqayıt şəhərində Həmzə adlı oğlu anadan olub.

 

Zəkiyevin daha öncə 2006-cı ildə İlkin adlı oğlu, 2008-ci ildə Aynur adlı qızı doğulub. Yeni övladının Silahlı Qüvvələr günündə dünyaya gəlişi məşhur cüdoçumuza ikiqat sevinc hissi bəxş edib. O, Lent.az-a açıqlamasında deyib: “Çox sevinirəm ki, Vətənimiz üçün yeni bir əsgər doğuldu. Həm də Allah onu mənə ordu günündə bəxş etdi”.

 

Qeyd edək ki, İlham Zəkiyev 100 kq-dan yuxarı çəki dərəcəsində 2004-cü il Afina, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl, 2012-ci il London olimpiadasında bürünc medala yiyələnib. O, 2007 və 2010-cu illərdə dünya, 2005, 2007, 2009 və 2011-ci illərdə Avropa çempionu olub. Zəkiyev həm də dünya çempionatlarında 1 gümüş, 2 bürünc medal qazanıb.

# 1469
avatar

Oxşar yazılar