28 yaşı olacaqdı – <span style="color:red;">VÜQAR HƏŞİMOV
24 iyul 2014 15:04 (UTC +04:00)

28 yaşı olacaqdı – VÜQAR HƏŞİMOV

Bu gün mərhum qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun doğum günüdür. Lent.az-ın modern.az-a istinadən məlumatına görə, Vüqar Həşimov  24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 

2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il Şahmat Olimpiadasında yığma komandanın heyətinə dəvət edilməyib.  
2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. 

Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub, o, həmin gün III Fəxri Xiyabanda dəfn edilib.

Vüqar Həşimov Azərbaycan qrossmeysterləri arasında reytinqinə görə 2737 balla 3-cü pillədə yer alırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1420
avatar

Oxşar yazılar