FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə 2 pillə irəliləyib.
Mayda Qətərlə Dohadakı yoldaşlıq görüşündə 1:1 hesablı bərabərliyə qalan komandamız 291 xalla 118-ci pilləyə qalxıb.
Yığmamız UEFA-nın reytinqində 48-ci pillədə qərarlaşıb. Sabah növbəti rəsmi oyunda qonağımız olacaq Lüksemburq (186 xal) 3 pillə irəliləyərək 145-ci yerdədir. Eyni irəliləyişə 204 xalla 116-cı pilləyə qalxan Şimali İrlandiya millisi nail olub.
Digər rəqiblərimizdən Rusiya (1059 xal) 11-ci pillədə qalıb. 1 pillə geriləyən Portuqaliya 1137 xalla 6-cı yerdədir. İsrail (540) isə 3 pillə aşağı düşməyi nəticəsində 62-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, dəyişməz qalan ilk “üçlük”də İspaniya (1614), Almaniya (1416) və Argentina (1287) milliləri yer alıb.
1 qol vurduq, iki pillə irəlilədik
755