"Barselona"nın keçmiş yarımmüdafiəçisi və baş məşqçisi Xavi karyerasında heç vaxt "Qızıl top"u qazanmadığını deyib.
Lent.az xəbər verir ki, o həmçinin açıqlamasında təvazökarlıq göstərib:
“Mən heç bir şəkildə özümü Messi və ya Kriştiano Ronaldodan daha yaxşı futbolçu hesab etmirəm. Oyunun yaradıcısı mən idim, amma oyunların nəticəsini müstəqil həll etmək imkanım yox idi. “Qızıl top” səsverməsində üç dəfə üçüncü yeri tutduğum üçün fəxr edirəm”.
Xatırladaq ki, Xavi ardıcıl üç dəfə (2009-2011-ci illər) “Ballon d'Or” üçün səsvermədə üçüncü yeri tutub. Messi karyerası ərzində 8 dəfə, Ronaldo isə 5 dəfə “Qızıl top”u qazanıb.