Volkan Demirel Şenol Güneşlə görüşməkdən İMTİNA ETDİ
22 dekabr 2024 22:43 (UTC +04:00)

Volkan Demirel Şenol Güneşlə görüşməkdən İMTİNA ETDİ

Türkiyə Super Liqasının 17-ci turu davam edir.

Apasport.az xəbər verir ki, “Trabzonspor” - “Bodrum” oyununda qalmaqal baş verib.

Qonaqların baş məşqçisi Volkan Demirel Şenol Güneşlə görüşməkdən imtina edib.

O, həmkarının əlini sıxmayıb və üzünə baxmadan yerinə keçib. 

Buna səbəb Güneşin ötən ilki açıqlaması olub. O, “Beşiktaş”ı çalışdırarkən verdiyi müsahibədə “Hatayspor” və “Qaziantep” barədə danışıb:

“Sizdən soruşuram, “Hatayspor” və “Qaziantep” liqada var, ya yox? Var görünür. Hansısa rəsmi açıqlama görmüsüz? Məşqlərə çıxırlar. Harda çalışdıqlarını bilirsiz? Mən bilirəm. Toplanışı Rivada keçirlər. Bunu ötən mövsüm də edə bilməzdilər? Niyə bunları deməkdən çəkinirsiz?”.

Onun bu sözlərinə Demirelin cavabı gecikməyib:

“Zəlzələdən sonra oynaya bilməzdik. Həmin gün bir futbolçumu və idman direktorumu itirdim. 4 məşqçim, 5 oyunçum dağıntıların altında qaldı. Liqaya fasilə verildi. Çempionat yenidən başlayanda mən meyit axtarırdım”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678
avatar

Oxşar yazılar