Rusiya hərbçiləri ukraynalı idmançını oğurlayıb.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, mayın 18-də rusiyalı hərbçilərin nəzarətində olan Berdyanskda pauerliftinq üzrə idman ustası Sergey Pevnevin oğurlanması barədə məlumat yayılıb.
Berdyansk şəhər Şurasının məlumatına görə, o, mayın 15-də oğurlanıb.
Oğurlanma ilə bağlı artıq Ukraynanın hüquq-mühafizə orqanlarına və Zaporojye Vilayət Hərbi Administrasiyasına məlumat ötürülüb.
Pauerliftinq üzrə dünya çempionu olan Sergey Pevnev Ukraynanın dəfələrlə rekordçusu olub. Ölkənin əməkdar idman ustası adına layiq görülüb.
Qeyd edək ki, mayın 9-da da bir qrup sərxoş, mülki geyimli və “Georgi lentləri” olan şəxs futbol hakimi İrina Petrovanı öz evinin girişindən oğurlayaraq zorla polis bölməsinə aparıblar. Beş gün əsirlikdə qalan İrina Petrova sonradan sərbəst buraxılıb.