Avropa Liqasının final matçı azarkeşlərlə keçiriləcək.
Apasport.az xəbər verir ki, UEFA Qdanskdakı qarşılaşma üçün bilet satışına başladığını bəyan edib.
Məlumatda bildirilir ki, Polşa hökuməti UEFA-ya stadionun ümumi tutumun 25 faizini, yəni 9500 tamaşaçı qəbul edə biləcəyini təsdiqləyib. Finala yüksələn iki klubun hər biri 2000 bilet alacaq. Daha 2000 bileti UEFA rəsmi saytında geniş ictimaiyyətə satışa çıxarılacaq. Qalan biletlər yerli Təşkilat Komitəsi, UEFA və milli assosiasiyalar, ticarət tərəfdaşlar və yayımçılar üçün ayrılıb.
Qeyd edək ki, Avropa Liqasının final matçı mayın 26-da baş tutacaq.