UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Lent.az xəbər verir ki, bu mərhələnin ikinci oyun günündə 3 matç oynanılıb.
Fransa "Marsel"i Yunanıstanda "Panatinaikos"a gözlənilmədən məğlub olub – 0:1.
İsrailin "Makkabi" (Hayfa) klubu səfərdə Slovakiyanın "Slovan" komandasına qalib gəlib - 2:1.
Şotlandiyanın "Reyncers" komandası isə öz meydanında İsveçrə "Servett"indən eyni hesabla üstün olub - 2:1.
Qeyd edək ki, komandalar arasında cavab görüşləri gələn həftə oynanılacaq.