“Qalatasaray”ın keçmiş futbolçusu Ahmet Çakarın bu gün səhər saatlarında faciəli şəkildə ölməsinin bəzi təfərrüatı açıqlanıb.
Lent.az-ın Türkiyə mediasına istinadla məlumatına görə, 27 yaşlı futbolçu nikah günü təyin etmək üçün Konyadan Ankaraya gedirmiş.
***
11:55
Türkiyə Superliqasının komandalarından "İttifak Holdinq Konyaspor"un futbolçusu Ahmet Çalık yol qəzasında dünyasını dəyişib.
Lent.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, qəza yerli vaxtla səhər saat 9 radələrində baş verib. Ahmet Çalığın avtomobili Ankara-Niğde yolunda idarəetmədən çıxaraq aşıb. Maşında tək olan Ahmet Çalık hadisə yerində həyatını itirib.
Qeyd edək ki, Ahmet Çalık "Qalatasaray"ın keçmiş futbolçusu idi.