"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd
07 iyun 2025 09:43 (UTC +04:00)

"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

"Brentford"un baş məşqçisi Tomas Frenk "Tottenhem"i çalışdıra bilər.

Lent.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Ancelos Postekoqlounun gedişindən sonra London komandasının baş məşqçi postuna əsas namizəd hesab olunur.

Məlumata görə, danimarkalı məşqçinin müqaviləsindəki satınalma bəndi 10 milyon funt-sterlinqdir.

“Tottenhem”in qısa siyahısında Frenklə yanaşı, "Fulhem"dən Marko Silva və "Bornmut"dan Andoni İraola da var.

“Brentford” keçən mövsüm Frenkin rəhbərliyi altında Premyer Liqanı 10-cu, Postekoqlounun rəhbərliyi altında “Tottenham” isə 17-ci yerdə bitirsə də, Avropa Liqasını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1088

Oxşar yazılar