“Bavariya” ingilis hücumçu Harri Keynin transferi ilə bağlı “Tottenhem”lə razılığa gəlib.
Lent.az xarici mediaya istinadən bildirir ki, mənbənin məlumatına görə, Bundesliqa klubu London klubuna 100 milyon avrodan çox təklif edib. Nəticədə londonlular müqaviləsi 2024-cü ilin ortalarına qədər davam edən liderini satmağa razılaşıblar.
Eyni zamanda, Harri Keyn özü hələ yekun qərar verməyib və indi hər şey yalnız ondan asılı olacaq.
Əlavə edək ki, 30 yaşlı hücumçu "Tottenhem" Akademiyasının yetirməsidir. Ümumilikdə o, London klubunun heyətində 435 oyuna çıxıb, 280 qol vurub və 64 məhsuldar ötürmə edib.
“Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 90 milyon avrodur.