Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha bir cüdoçusu Murad Fətiyev bu gün mübarizəyə qoşulub.
Cüdo
27 iyul
81 kq
1/16 final
81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev 1/16 final mərhələsində yarışa start götürüb. 22 yaşlı cüdoçumuz Syerra-Leonedən olan Frederik Harrislə üz-üzə gəlməli idi. Lakin özündən 15 yaş böyük olan rəqibi görüşə çıxmadığından, Fətiyev texniki qələbə ilə Olimpiadaya uğurlu start götürüb.
Onun 1/8 finaldakı rəqibi monqolustanlı Səid Mollayi olacaq.
Qeyd edək ki, Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunan Azərbaycan yığmasının heyətində bundan əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) yarışı medalsız başa vurublar.