TOKİO - 2020:  Azərkeşlərlə bağlı qərarlar sərtləşdirilir
27 aprel 2021 12:56 (UTC +04:00)

TOKİO - 2020: Azərkeşlərlə bağlı qərarlar sərtləşdirilir

Tokio-2020 Yay Olimpiya Oyunlarına buraxılacaq azarkeşlərlə bağlı qərarlar sərtləşdiriləcək.

Apasport.az saytının məlumatına görə, bunu yarışın Təşkilat Komitəsinin sədri Seyko Haşimoto açıqlayıb.

O bildirib ki, Olimpiada rəhbərliyi ilə Yaponiya hökuməti arasında koronavirusun dünyanın bir çox ölkəsində yayılma sürətinin artması səbəbindən qərarların sərtləşdirilməsi ilə bağlı danışıqlar aparılır.

Yaponiyada hazırda bu virus ciddi yayılmasa da, hökumət və təşkilatçılar vəziyyəti nəzarətdə saxlamaq üçün tədbir görəcək. Ölkənin bəzi bölgələrində artıq sərt karantin rejiminə keçilib. Həmçinin ölkəyə buraxılacaq məhdud sayda tamaşaçılar üçün də yeni qaydalar hazırlanır. Həmin qaydaların ayın sonuna qədər təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan Olimpiada 23 iyul – 8 avqust tarixlərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911
avatar

Oxşar yazılar