UEFA Avropa futbolunda eksperimentlərini davam etdirir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2024-cü ildən Çempionlar Liqasında əsaslı dəyişiklik olacaq. Eyni zamanda məlum olub ki, UEFA 2024-cü ilin yayında yeni klub yarışı keçirməyi planlaşdırır.
Mənbənin məlumatına görə, Çempionlar Liqasının hazırkı qalibi də daxil olmaqla, turnirdə dörd klub iştirak edəcək. Digər üç komandanın hansı əsasla seçiləcəyi hələlik məlum deyil.
Yarış “Dördlərin finalı” formatında keçiriləcək. Turnirin ilk püşkatma mərasiminin ABŞ-da baş tutacağı gözlənilir
Digər bir yenilik isə Çempionlar Liqasının hazırkı qalibinin UEFA Superkubokunda oynamayacağı ilə bağlıdır. Lakin turnir ləğv olunmayacaq. Superkubok uğrunda görüşdə Avropa Liqası və Konfrans Liqasının qalibləri oynayacaq.
Xatırladaq ki, 2021/2022 mövsümündə "Real Madrid" finalda "Liverpul"u məğlub edərək UEFA Çempionlar Liqasının qalibi olub.