Teymur Rəcəbov  vitse-prezidentin qızından AYRILDI:   bu xanımla evləndi
25 noyabr 2021 13:18 (UTC +04:00)

Teymur Rəcəbov vitse-prezidentin qızından AYRILDI: bu xanımla evləndi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov nişanlanıb.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı qrossmeyster rusiyalı Anna Maksakova ilə münasibətlərini rəsmiləşdirib.

Bunu Rusiyanın xalq artisti Lyudmila Maksakovanın nəvəsi olan Anna sosial şəbəkədə paylaşıb. O, BƏƏ-nin Dubay şəhərində birgə çəkdirdikləri şəkli paylaşaraq “Nişanlım Teymur Rəcəbovla” sözlərini yazıb. Şahmatçı isə bu paylaşımı öz səhifəsində edərək, qrossmeysterimizi işarələyib.

Qeyd edək ki, Teymur 2011-ci ildə SOCAR-ın və AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun qızı Elnara Nəsirli ilə evlənib. 2013-cü ildə onların Məryəm adlı qızı dünyaya gəlib. Onlar bir müddət öncə ayrılıblar. 

# 7527
avatar

Oxşar yazılar