Tarixin ən uğursuz transferləri -  SİYAHI
29 iyun 2022 19:56 (UTC +04:00)

Tarixin ən uğursuz transferləri - SİYAHI

Jurnalistlər futbol klublarının aldığı ən uğursuz 20 futbolçunun siyahısını hazırlayıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 2004-cü ildə “Qızıl top”un sahibi olan Andrey Şevçenko 11-ci yerdədir.

2006-cı ilin yayında Andrey “Çelsi”yə  “Milan”dan 31 milyon funt-sterlinqə transfer olunmasını qiymətləndirməyiblər. 

2021-ci ildə “Atletiko”dan “Barselona”ya 120 milyon avroya keçən Antuan Qrizmann ən pis transfer kimi tanınıb.

Qeyd edək ki, ən pis altı transferin üçü kataloniyalılara məxsusdur. Jurnalistlər "Liverpul"dan Filipp Koutinyo və Dortmund "Borussiya"sından Ousman Dembelenin transferini də uğursuzluq hesab edirlər.

# 2223
avatar

Oxşar yazılar