Tarixə DÜŞDÜ:  Ardıcıl iki Avropa çempionatının finalında məğlub olan  baş məşqçidir
15 iyul 2024 10:01 (UTC +04:00)

Tarixə DÜŞDÜ: Ardıcıl iki Avropa çempionatının finalında məğlub olan baş məşqçidir

İyulun 14-də İspaniya və İngiltərə millilərinin qarşılaşdığı Avropa çempionatının final oyunu keçirilib.

Lent.az xəbər verir ki, oyun Berlindəki Olimpiya stadionunda keçirilib. Oyun 2:1 hesabı ilə ispanların xeyrinə başa çatıb. Beləliklə, İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt tarixdə ardıcıl iki Avropa çemionatının finalında məğlub olan ilk məşqçi olub.

İngiltərə millisinin İtaliyaya uduzduğu (1:1, penaltilərlə 2:3) 2020-ci il Avropa çempionatında da milli komandaya rəhbərlik edib.

Hesabı 47-ci dəqiqədə Lamin Yamalın ötürməsi ilə Niko Uilyams açıb. 73-cü dəqiqədə ingilis yarımmüdafiəçisi Koul Palmer hesabı bərabərləşdirib. 87-ci dəqiqədə Mikel Oyarsabal ispanları yenidən hesabda irəli çıxarıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2139
avatar

Oxşar yazılar