Mərakeşli qadın futbolçu Nuhayla Benzina dünya çempionatında hicablı çıxış edən ilk qadın olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) saytında məlumat verilib.
Müdafiəçi Cənubi Koreya millisi ilə oyunda meydana daxil olub. Mərakeş 1:0 hesabı ilə qalib gəlib.
H qrupunda Mərakeş üçüncü yerdədir. Komandanın üç xalı var. İyulun 20-də başlayan turnir avqustun 20-dək Avstraliya və Yeni Zelandiyada keçiriləcək.
Əvvəllər FİFA baş və ya boyun zədəsi riskini əsas gətirərək, futbolçulara oyunlarda dini məqsədlər üçün baş örtüyü taxmağa icazə vermirdi. Lakin 2014-cü ildə qadağa aradan qaldırılıb.