Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal
25 noyabr 2022 22:12 (UTC +04:00)

Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürüb.

Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Yığma üzvü Zəhra İsayeva (29 kq) mübarizəyə 1/4 finaldan başlayıb. İlk döyüşündə Elli Antoniounu (Kipr) məğlub edən taekvondoçumuz yarımfinalda Arijana İvanoviclə (Serbiya) üz-üzə gəlib. Bu dueldən də qalib ayrılan İsayeva finalda Efe Nazlı (Türkiyə) ilə qüvvəsini sınayıb. Təmsilçimiz uğurlu seriyasını davam etdirərək dayanqdan yenə qalib ayrılıb və çempion tituluna yiyələnib.

Xuraman Cavadzadə də yarışı medalla başa vurub. 37 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Lilo Gameli (Fransa), ardınca Eyla Makası (Bosniya və Herseqovina) məğlub edib. Cavadzadə yarımfinalda ermənistanlı Melanie Qrace Ayvazyana da gücünü göstərib. Rəqibinə heç bir şans verməyən taekvondoçumuz inamlı qələbə qazanıb. O, finalda isə Sofiya Hiniçlə (Xorvatiya) döyüşüb və rəqib üstün olduğundan gümüş medala layiq görülüb.

Beləliklə, yığmamız Avropa birinciliyinin ilk gününü 1 qızıl və 1 gümüş medalla başa vurub.

Qeyd edək ki, yarışa noyabrın 28-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1545
avatar

Oxşar yazılar