Superliqanın təşkilatçıları turnirin yeni formatını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Super Liqaya 64 komanda və üç divizion daxil olacaq ki, onlar arasında yüksəliş və aşağı liqalara düşmələr təmin olunacaq. Eyni zamanda, 16 klub yüksək divizionlarda, 32 klub isə üçüncü liqada mübarizə aparacaq ki, bu liqaya daxil olmaq ölkə çempionatlarında nəticələrdən asılı olacaq. Turnirdə daimi iştirakçı olmayacaq.
Turnir müntəzəm mövsüm və pley-offdan ibarət olacaq. Düşmə mərhələsində turnirin çempionu, eləcə də yüksələn və ya aşağı düşəcək komandalar müəyyənləşəcək.
Dekabrın 21-də Avropa Məhkəməsi Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Super Liqanın yaradılmasına qarşı hərəkətlərini qanunsuz elan edib. Avropa Məhkəməsi FİFA və UEFA-nın Avropada klub yarışlarında inhisarının olmadığını bildirib.
Superliqanın yaradılması 2021-ci ilin aprelində məlum olub. Burada Avropanın 12 top klubu iştirak etməli idi. Bir neçə gün sonra layihə FİFA və UEFA tərəfindən bloklandığı üçün dondurulub.