Uruqvaylı Luis Suares başa çatan Braziliya çempionatının ən yaxşı futbolçusu kimi "Qızıl top"u alıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə "Qremio"nun mətbuat xidməti xəbər verir.
36 yaşlı futbolçu 33 çempionat oyununda 17 qol vurub, 11 məhsuldar ötürmə edib. “Qremio” ölkənin vitse-çempionu olub.
Luis Suares "Qremio" ilə müqaviləsini yeniləməyib və bu ay klubu tərk edəcək.
Suaresin yanvarda “İnter Mayami”yə keçəcəyi gözlənilir.