Sözümü tutacam  və Çempionlar Liqasının kubokunu Barselonaya gətirəcəyəm  - Yamal
07 may 2025 19:46 (UTC +04:00)

Sözümü tutacam və Çempionlar Liqasının kubokunu Barselonaya gətirəcəyəm - Yamal

"Barselona"nın 17 yaşlı cinah oyunçusu Lamin Yamal Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Milanın "İnter"inə (3:4 - əlavə vaxt) uduzmalarını şərh edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mayın 6-da Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “İnter” “Barselona”nı məğlub edib (4:3 əlavə vaxt) və ümumilikdə (7:6) Çempionlar Liqasının finalına yüksəlib.

"Biz əlimizdən gələni etdik, amma geri dönəcəyik, şübhəsiz ki, bu klubu aid olduğu yerə - ən zirvəyə qaytarana qədər dayanmayacağıq. Sözümü tutacam və Çempionlar Kubokunu Barselonaya gətirəcəyəm. Buna nail olana qədər dayanmayacağıq", - Yamal söyləyib.

Lamin Yamal "Barselona"nın heyətində bütün yarışlarda 102 oyun keçirib, 22 qol vurub və 33 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun bazar dəyərini 180 milyon avro qiymətləndirir.

Çempionlar Liqasının finalında "İnter" PSJ - "Arsenal" oyununun qalibi ilə qarşılaşacaq (ilk oyun 1:0). Həlledici qarşılaşma mayın 31-də Münhendə, “Alyans Arena”da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1610

Oxşar yazılar

Junior 2030-cu ilin yayına qədər “Real”da qalacaq

Junior 2030-cu ilin yayına qədər “Real”da qalacaq

22 iyun 2025 , 13:59
UFC : Rafael Fiziyev çilili döyüşçünü məğlub etdi

UFC: Rafael Fiziyev çilili döyüşçünü məğlub etdi

22 iyun 2025 , 01:45
Bakıda ilk UFC qalibi Muhammed Usman oldu

Bakıda ilk UFC qalibi Muhammed Usman oldu

21 iyun 2025 , 21:38
"Bavariya" onu "Barselona"dan qoparmağa çalışır

"Bavariya" onu "Barselona"dan qoparmağa çalışır

21 iyun 2025 , 18:12
Levandovski də ərəb klubuna  gedir

Levandovski də ərəb klubuna gedir

21 iyun 2025 , 13:05
"Arsenal" 60 milyonluq oyunçunu 65 milyona aldı

"Arsenal" 60 milyonluq oyunçunu 65 milyona aldı

21 iyun 2025 , 09:37
"Liverpul" Florian Virtsin  transferini açıqladı

"Liverpul" Florian Virtsin transferini açıqladı

21 iyun 2025 , 01:13
Fabreqas Avropa çempionunu   “Komo”ya dəvət edir

Fabreqas Avropa çempionunu “Komo”ya dəvət edir

20 iyun 2025 , 19:20