Slovakiya gözəlindən Avropa çempionatının qalibi üçün PROQNOZ:  Ən gözəl azarkeşin FOTOLARI
24 iyun 2024 19:42 (UTC +04:00)

Slovakiya gözəlindən Avropa çempionatının qalibi üçün PROQNOZ: Ən gözəl azarkeşin FOTOLARI

2016-cı ildə Slovakiya gözəli  müsabiqəsinin qalibi Veronika Rayek Avropanın ən uğurlu modellərindən biri olmaqla yanaşı, həm də ehtiraslı idman həvəskarıdır.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, gəncliyində atletika ilə məşğul olub və o vaxtdan həyatını idmansız təsəvvür edə bilmir.

Veronika bütün əhəmiyyətli idman tədbirlərində iştirak etməyə çalışır və şəxsən iştirak edə bilmirsə, baş verənləri izləməyi unutmur. Təbii ki, o, AVRO-2024-ü də nəzərdən qaçırmayıb və hətta turnirin qalibi ilə bağlı proqnozunu da verib.

“Düşünürəm ki, Fransa komandası qalib olacaq. Onlar indi öz zirvəsindədirlər. Kilian Mbappe və Antuan Qrizmann ən yaxşı oyunçulardır. Onların komandasında çoxlu istedadlı oyunçular var və onların böyük təcrübəsi var. İngiltərə də finala çıxmaq iddiasındadır və düşünürəm ki, Fransa, İngiltərə, Almaniya və İspaniya yarımfinala yüksələcək”, - Veronika Rayek bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2562
avatar

Oxşar yazılar