Simone İnzaqi "Əl-Hilal"ın  baş məşqçisi  təyin edildi
05 iyun 2025 12:20 (UTC +04:00)

Simone İnzaqi "Əl-Hilal"ın baş məşqçisi təyin edildi

İtaliyalı mütəxəssis Simone İnzaqi Səudiyyə Ərəbistanının vitse-çempionu "Əl-Hilal"ın baş məşqçisi təyin olunub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 49 yaşlı italiyalının müqaviləsi 2027-ci ilin iyununa qədərdir.

İyunun 3-də İnzaqi 2021-ci ildən rəhbərlik etdiyi "İnter"dən ayrılıb. Bu müddət ərzində "İnter" İtaliya çempionu, iki dəfə İtaliya kubokunun qalibi, üç dəfə İtaliya Superkubokunun qalibi olub, iki dəfə Çempionlar Liqasının finalına yüksəlib, lakin "Mançester Siti"yə və PSJ-yə məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar