Sevgi romanı  başa çatdı:   Lyuis Həmilton  aktrisadan   ayrıldı
01 aprel 2025 14:01 (UTC +04:00)

Sevgi romanı başa çatdı: Lyuis Həmilton aktrisadan ayrıldı

Lyuis Həmilton və Sofiya Verqara artıq birlikdə deyil.
 
Lent.az xarici mediaya istinadən bildirir ki, 52 yaşlı aktrisa ilə 40 yaşlı “Formula -1” sürücüsünün qısa romantikası başa çatıb.

İnsayderin sözlərinə görə, aktrisa yeddiqat “Formula-1” çempionundan razı qalıb və yaş fərqinə baxmayaraq, onu ideal tərəfdaş hesab edib. Ancaq Hamilton tezliklə münasibətlərə marağını itirib və ulduzu məyus edib.

"O, onun mükəmməl sevgilisi olduğunu düşünürdü, lakin indi Lyuisin marağı azaldığı üçün özünü tərk edilmiş hiss edir", - mənbə deyib.

Həmiltonun əvvəllər müğənni Nikol Şerzinqer ilə uzunmüddətli münasibəti olub və bu münasibət 2016-cı ildə bitib. Verqara 2023-cü ilin iyulunda boşandığı aktyor Co Manqaniello ilə səkkiz il evli olub. Onun Lyuislə münasibəti yalnız bu ilin yanvarında məlum olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764

Oxşar yazılar