Ən populyar idman liqası Premyer Liqadır. Amma bu, ən möhtəşəm futbola sahib olduğu anlamına gəlmir, elə deyilmi? Ən azından, həmişə yox.
Lent.az xarici mediaya istinadla bildirir ki, mövsümün ilk yarısının sonunda Serie A-da top liqalarda ən çox qolsuz heç-heçə qeydə alınıb - 18.
Premyer Liqa 13 xalla ikinci yerdədir. La Liqa və Liqa 1-in hər birində səkkiz, Bundesliqa isə yeddi belə oyun keçirilib.
Müqayisə üçün, ötən mövsüm İngiltərə Premyer Liqasında 380 oyundan 16-sı qolsuz başa çatıb. “Everton” beş qolsuz heç-heçə ilə ən birinci komanda olub.