“Neftçi”nin yeni baş məşqçisi bəllidir.
Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Moskva MOİK-inin sabiq çalışdırıcısı Viktor Qonçarenko paytaxt klubunun sükanı arxasına keçəcək.
Bildirilib ki, belaruslu mütəxəssis yaxın günlərdə Bakıya gələcək. 44 yaşlı məşqçi səfəri zamanı “Neftçi” rəhbərliyi ilə görüşəcək və müqavilənin son detallarını da razılaşdırdıqdan sonra rəsmi sözləşməyə qol çəkəcək.
Viktor Qonçarenko
Son iş yeri “Krasnodar” olan və yanvarda Rusiya klubunda istefaya göndərilən Qonçarenko özü də bir müddət əvvəl yayda məşqçiliyə qayıdacağını gizlətməyib.
Qeyd edək ki, sabah “Neftçi” Müşahidə Şurasının iclası olacaq. Məhz həmin toplantıda baş məşqçi məsələsinə aydınlıq gələcək. Komandanın hazırkı çalışdırıcısı Samir Abasovla yolların ayrılması istisna edilmir.