"Liverpul"un hücumçusu Məhəmməd Salahın klubdan niyə yeni müqavilə almayacağı məlum olub.
Lent.az-ın xarici Kİv-ə istinadla xəbərinə görə, misirlinin "qırmızılar"la hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. Daha əvvəl Salah yeni müqavilə bağlı vəziyyətdən “məyus” olduğunu demişdi.
Bildirilir ki, tərəflərin mövqeyinə görə “Liverpul” hələ də Salaha təklif göndərməyib. 32 yaşlı hücumçu yeni müqavilənin üç mövsümlük olmasını istəyir. Öz növbəsində, “Liverpul” bossları Salahın yaşını nəzərə alaraq potensial müqavilənin vaxtı ilə bağlı narahatdırlar.
Hazırda tərəflər təfərrüatları müzakirə edirlər. Tərəflər razılığa gələ bilməsə, Salah mövsümün sonunda azad agent kimi "Liverpul"u tərk edəcək.