Salah Premyer Liqanın ilk turunda qol vuran  rekordçudur: dörd əfsanə geridə qaldı
17 avqust 2025 10:03 (UTC +04:00)

Salah Premyer Liqanın ilk turunda qol vuran rekordçudur: dörd əfsanə geridə qaldı

0

Premyer Liqanın yeni mövsümü "Liverpul"un "Bornmut" üzərində 4:2 hesablı qələbəsi ilə başlayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 88-ci dəqiqədə Federiko Kyeza komandasını önə keçirib, əlavə vaxtda isə Məhəmməd Salah mersisaydlıların üstünlüyünü artırıb. 

"Bornmut"a vurduğu qol Salahın Premyer Liqanın ilk turunda vurduğu 10-cu olub - o, turnirin bütün zamanlarının rekordçusudur. 

2017/18 mövsümündə “Uotford”; 2018/19 mövsümündə “Vest Hem”; 2019/20 mövsümündə “Norviç”; 2020/21 mövsümündə “Lids”lə oyunda het-trik edib; 2021/22 mövsümündə yenə “Norviç”; 2022/23 mövsümündə “Fulhem”; 2024/25 mövsümündə “İpsviç”, 2025/26 mövsümündə isə “Bornmut”.

Premyer Liqanın ilk turları tarixində ən yaxşı bombardirlər siyahısında misirli dörd əfsanəni geridə qoyub: Ueyn Runi, Alan Şirer, Ceymi Vardi və Frenk Lempard – hamısının 8 qolu var.

Premyer Liqanın açılış turunun oyunlarında qol rekordçuları

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2069

Oxşar yazılar