Salah, Mane, Mendi...  Afrika Kubokunun 8 ulduzu
16 yanvar 2022 13:22 (UTC +04:00)

Salah, Mane, Mendi... Afrika Kubokunun 8 ulduzu

Avropada ölkə çempionatlarının davam etdiyi bu günlərdə Afrika Kunoku uğrunda mübarizə də gedir. 

Üç həftə nəzərdə tutulan yarış ərzində Avropanın müxtəlif klublarında çıxış edən ulduz futbolçular öz millilərinin uğurları üçün çalışır. 

Lent.az həmin ulduzıarı təqdim edir. 

Eduar Mendi – 29 yaş, Seneqal millisi, “Çelsi”

Eduar Mendi Seneqal millisində yalnız 2018-ci ilin noyabrında debüt edib. Üç il ərzində qolkiperin statusu xeyli yüksəlib. 2020/21 mövsümü başlamazdan əvvəl o, “Çelsi”yə keçib və klubun Çempionlar Liqasını qazanmasına kömək edib. Yığmada onun klub səviyyəsindəki uğurları diqqətdən yayınmayıb.

2022-ci il Dünya Kuboku üçün Afrika seçimlərində 29 yaşlı qapıçı altı mümkün oyundan beşində çıxış edib. Son Afrika Kubokunda Mendi startda başlasa da, ikinci turdan sonra finala qədər ehtiyat oyunçular arasında oturub. İndi dünyanın ən yaxşı qapıçılarından birinin yerini Alfred Qomisə verəcəyinə inanmaq çətindir.

Bu mövsüm Mendi artıq Premyer Liqada səkkiz, Çempionlar Liqasında isə dörd oyunda qapısından qol buraxmayıb.

Kalidu Kulibali – 30 yaş, Seneqal, “Napoli”

Kalidu Kulibali uzun müddətdir müxtəlif top klublara transfer olacağı ilə bağlı iddialar dolaşır. “Transfermarkt”a görə, karyerasının zirvə nöqtəsində onun dəyəri 75 milyon avroya çatmışdı. Seneqallının indi 30 yaşı var və dəyəri o vaxtdakından 30 milyon avro azdır. Bunun səbəbi yaşla yanaşı, heç də həmişə mərkəz müdafiəçisinin stabil oyunu deyil.

Bununla belə, Afrika Millətlər Kuboku səviyyəsində Kulibali hələ də ulduz və qitənin ən yaxşı futbolçularından biri olaraq qalır. Komandasında o, artıq kapitanlığa qədər yüksəlib.

Əşrəf Hakimi – 23 yaş, Mərakeş, PSJ

Reytinqin ən gənc nümayəndəsi artıq ən yüksək səviyyədə çıxış üçün sanballı təcrübəyə malikdir. Zəngin klub karyerası ilə yanaşı, Əşrəf Hakimi 23 yaşında Mərakeş millisində 41 oyun keçirib. Müdafiəçi 2019-cu ildə Afrika Kuboku və 2018-ci ildə Rusiyada keçirilən Dünya Çempionatında iştirak edib.

Yaxşı ötürmə ilə sürətli cinah oyunçusuna çıxış etdiyi bütün komandalarda tələbat olub. Bu mövsüm 70 milyon dəyəri olan futbolçu 25 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Frank Kesse – 25 yaş, Kot-d'İvuar, “Milan”

Frank Kesseni əminliklə “Milan”ın dirçəliş simvollarından biri adlandırmaq olar. Klubda beş ildən az müddətdə Kot-d'İvuarlı rossonerin lideri olub.Məlumata görə, 25 yaşlı futbolçunu "Liverpul" və "Mançester Siti" izləyir.

Bu Afrika Kuboku güclü yarımmüdafiəçi üçün üçüncü olacaq. 2019-cu ildə Kot-d'İvuar 1/4 finalda son çempion Əlcəzairə məğlub olaraq büdrəyib. Kesse hər mövsüm ikişaf edir və böyük beynəlxalq turnir adından söz etdirmək  üçün daha bir şans olacaq. Bu mövsüm ştatlı onbirmetrlik yerinə yetirən kimi A seriyasının 16 oyununda 5 dəfə fərqlənib. 

Riyad Mahrez – 30 yaş, Əlcəzair, “Mançester Siti”

Hazırkı Afrika çempionunun yeganə nümayəndəsinə keçək. “Milan”ın futbolçusu İsmael Bennaser son turnirin ən yaxşı oyunçusu seçilsə də, “Mançester Siti”nin futbolçusu Riyad Mahrez yenə də komandanın kapitanı və ruhi lideri idi. Üç qolla cinah oyunçusu həmin turnirdə daha üç oyunçu ilə bombardirlər arasında idi. Yarımfinalda Nigeriya ilə görüşdə qollardan birini Mahrez oyunun əsas vaxtına əlavə edilən 5-ci dəqiqədə cərimə zərbəsi ilə vurub.

30 yaşlı əlcəzairli Xosep Qvardiola komandasının ayrılmaz hissəsi olaraq qalır. Çempionlar Liqasında Mahrez ardıcıl ikinci ildir ki, "Siti"nin bombardiridir. Keçən mövsümdə dörd qol vurub (onlardan üçü PSJ ilə yarımfinalda), bu mövsüm qrup mərhələsində beş qol vurub. 

Məhəmməd Salah – 29 yaş, Misir, “Liverpul”

Turnirin əsas ulduzlarından biridir. Doğrudur, hələ ki kağız üzərində belədir. Məhəmməd Salah 2021-ci ildə “Qızıl top”la bağlı səsvermədə 7-ci yeri tutub və FİFA versiyası üzrə dünyanın ən yaxşı oyunçularının reytinqində üçlüyə düşüb.

Bu mövsüm Salah Premyer Liqada 16 qol vurub və 9 məhsuldar ötürmə ilə liderdir və Çempionlar Liqasında orta hesabla hər oyuna daha çox qol vurur (altı oyunda yeddi qol).

FİFA-dan və “Qızıl Top” 2022-dən mükafat üçün ciddi addım atılıb, lakin ambisiyaları böyük turnirdəki uğurlarla dəstəkləmək lazımdır.

Son Afrika Kubokunda Misir üç qələbə ilə qrupdan inamla keçmişdi və heç bir qol buraxmamışdı. Salah o vaxt 3 dəfə fərqlənmişdi. Bununla belə, turnirin əsas favoritlərindən biri artıq ⅛ finalda Cənubi Afrika komandasına qarşı oyunda büdrəmişdi (0:1). Azarkeşlər bu dəfə komandalarından və əsas ulduzdan daha çox şey gözləyirlər.

Sadio Mane, 29 yaş, Seneqal, “Liverpul”

Salahın "Liverpul"dakı komanda yoldaşı Sadio Mane bu mövsüm ikinci qolçu Dioqo Jotadan geri qalıb, lakin o, özünü olduqca yaxşı çıxış edir. Çempionlar Liqasında seneqallı 6 oyunda 2, Premyer Liqada isə 20 oyunda 8 qol vurub.

Turnir cədvəlindəki bütün qonşular Manedən “zərər” görüb: “Mançester Siti”, “Arsenal” və “Çelsi”. 29 yaşlı cinah oyunçusu yanvarın 2-də rəqib qapıçı Eduard Mendi ilə Seneqal millisinə uçmadan əvvəl London klubunun qarşı oyunda qol vurub.

Ötən turnirdə seneqallı 3 qol vurmaqla komandasının finala qədər irəliləməsinə kömək edib, ancaq Seneqal finalda Əlcəzairə 1:0 hesabı ilə məğlub olub. 

Sebastyan Aller, 27 yaş, Kоt-d’İvuar, “Ayaks”

Bu mövsümə qədər Sebastyan Aller çox güman ki, bu siyahının ən naməlum oyunçusu idi.

O, 2021-ci ilin fevralında məşhurlaşıb, “Ajaks” səhvən onu Avropa Liqası üçün ərizəyə daxil etməyib, halbuki Aller sırf bu turnir üçün əldə edilmişdi. Hollandiya çempionluğu 27 yaşlı hücumçuya Çempionlar Liqasında özünü sınamağa imkan verib və indiyə qədər hər şey yaxşı gedir.

O, 6 oyunda 10 qol vurub və 2 məhsuldar ötürmə verib. 
Aller Fransada anadan olub və bu ölkənin yeniyetmələr və gənclər komandalarında çıxış edib, lakin 2020-ci ildə tarixi vətəninin milli komandasında oynamaq qərarına gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725
avatar

Oxşar yazılar