“Sabah”ın legioneri ilkə imza atdı
27 fevral 2021 17:32 (UTC +04:00)

“Sabah”ın legioneri ilkə imza atdı

Azərbaycan Premyer Liqasının XVII turunda 5 futbolçu cəzalı duruma düşüb.

Lent.az Apasport.az-a istinadən məlumat verir ki, sarı vərəqə limitini dolduran oyunçular martın 2-3-də keçiriləcək növbəti turu buraxacaq.

Bu futbolçulardan dördü mövsümdə 4-cü dəfə xəbərdarlıq görüb. Mario Marina isə “rekord” vurub.

“Sabah”ın legioneri mövsümdə ikinci dəfə sarı vərəqə limitini dolduran ilk oyunçudur. O, 8-ci xəbərdarlığa görə turu  buraxacaq. Marina “Neftçi” ilə qarşılaşmada “dincələcək”.

“Qəbələ”nin itkiləri daha çoxdur. Əyalət təmsilçisi iki oyunçusunu itirib. Rafael Utriq və Cavid Hüseynov “Qarabağ”la görüş öncəsi sarı vərəqə sayını 4-ə çatdırıb.

“Səbail” – “Keşlə” görüşündə iki futbolçu iştirak etməyəcək. Komandaların hərəsində bir itki var. Urfan Abbasov meydan sahiblərinə, Silvio Rodriges qonaqlara kömək edə bilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680
avatar

Oxşar yazılar