Visente Qomes
11 mart 2021 17:17 (UTC +04:00)

Visente Qomes

"Sabah" baş məşqçini istefaya göndərdi

“Sabah” baş məşqçi postunda dəyişiklik edib. 

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı klubu çalışdırıcısı Visente Qomeslə yollarını ayırıb.

Ötən ilin yayında ispaniyalını gətirən klub rəhbərliyi ardıcıl uğursuzluqların sonunda, nəhayət ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Qomes gələn ilin yayına qədər olan sözləşməsinin ləğvinə razılıq verib.

“Sabah”da baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1425
avatar

Oxşar yazılar