“Qarabağ” qapıçısı Andrey Lunyovla yollarını ayırıb.
Lent.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı rusiyalı qapıçı ilə başa çatan müqavilə uzadılmayıb.
2023-cü ilin yayından “Qarabağ” futbol klubunda çıxış edən Lunyov bu müddətdə 34 oyuna çıxıb.
O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib.
Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.