"Mançester Yunayted"in 37 yaşlı hücumçusu Kriştiano Ronaldo klub karyerasında ən uğursuz seriyasını nümayiş etdirərək antirekord vurub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, karyerasında ilk dəfə ardıcıl üç çempionat matçında məğlub olub.
İngiltərə Premyer Liqasının ötən mövsümünün son oyununda "Mançester Yunayted" səfərdə "Brayton"a 0:4 hesabı ilə uduzub. Yeni mövsümün ilk iki oyununda "Brayton"a 1:2 hesabı ilə uduzan mankunian klubu "Brentford"a məğlub olub - 0:4.