Ronaldonun  40 yaşı   tamam oldu
05 fevral 2025 12:29 (UTC +04:00)

Ronaldonun 40 yaşı tamam oldu

Fevralın 5-də Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldonun 40 yaşı tamam olub.

Lent.az-ın xəbərinə görə, Ronaldo karyerası ərzində 923, klub səviyyəsində 788, milli komandada isə 135 qol vurub.

Ronaldo karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real" və İtaliyanın "Yuventus"unda da çıxış edib.

Ronaldo beşqat Çempionlar Liqasının, beşqat "Qızıl top"un qalibi və Avropa çempionudur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar