Ronaldodan “Əl-Nəsr”də rəsmi debüt
23 yanvar 2023 05:57 (UTC +04:00)

Ronaldodan “Əl-Nəsr”də rəsmi debüt

Kriştiano Ronaldonun yeni komandası “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb.

Lent.az xəbər verir ki, Ər-Riyad təmsilçisi 14-cü turda öz meydanında “Əl-İttifaq”la qarşılaşıb.

Oyun "Əl-Nəsr"in qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub.

Kapitan sarğısı ilə start heyətdə meydana çıxan Ronaldo sonadək oynayıb. Bu, 38 yaşlı futbolçunun "Əl-Nəsr"də ilk rəsmi oyunu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1683
avatar

Oxşar yazılar