Portuqaliya və "Mançester Yunayted"in hücumçusu, 37 yaşlı Kriştiano Ronaldo Millətlər Liqasının ikinci tur oyununda İsveçrə ilə qarşılaşmada dubl sayəsində millinin heyətində qol rekordunu yeniləyib.
Lent.az xəbər verir ki, Portuqaliya 4:0 hesabı ilə qalib gəlib, Ronaldo isə millinin heyətindəki qol sayını 117-yə çatdırıb.
İkinci yeri 109 qolla İran millisinin keçmiş futbolçusu Əli Daei tutur.