“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasını başa vurduqdan sonra planlarından danışıb.
Lent.az xəbər verir ki, onun sözlərinə görə, böyük futbol klubunun sahibi olmaq istəyir.
“Mən futbol məşqçisi olmayacağam. Vaxtım çoxdur, qarşıda çoxlu planlarım və arzularım var. Amma sözlərimi qeyd edin - mən mütləq böyük klubun sahibi olacam. Klubun sahibi olanda nəyisə izah edəcəyəm və problem kimi gördüklərimi düzəldəcəm”, - deyə portuqaliyalı bildirib.