Ronaldo “Əl-Nəsr”dən ayrılacağına  işarə etdi
27 may 2025 14:49 (UTC +04:00)

Ronaldo “Əl-Nəsr”dən ayrılacağına işarə etdi

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrılacağına işarə edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 40 yaşlı portuqaliyalının "Əl-Fateh"ə qol vurduğu, lakin komandasının məğlubiyyətə uğradığı (2:3) Səudiyyə Ərəbistanı çempionatının son turunun oyunundan sonra o, “Instagram”da sirli paylaşım edib.

"Bu fəsil bitdi. Hekayə? Hələ yazılır. Hamınıza təşəkkür edirəm", - Ronaldo yazıb.

Ronaldo 2022-ci ilin dekabr ayının sonunda "Əl-Nəsr"in futbolçusu olub və 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Onun Səudiyyə klubunda maaşı ildə 200 milyon dollardır.

Kriştiano bu mövsüm "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 35 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Əl-Nəsr” (70 xal) Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttihad” (83 xal) və “Əl-Hilal”dan (75 xal) sonra üçüncü yeri tutub. Ronaldo 25 qolla turnirin bombardiri olub.

Stefano Piolinin yetirmələri növbəti mövsümdə Asiya Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar

Lamin Yamal  “Barselona” ilə müqaviləsini uzatdı

Lamin Yamal “Barselona” ilə müqaviləsini uzatdı

28 may 2025 , 03:27
Messi və Suares futbol klubu  təsis etdilər

Messi və Suares futbol klubu təsis etdilər

28 may 2025 , 00:46
Arda Turan "Şaxtyor"un  baş məşqçisi oldu

Arda Turan "Şaxtyor"un baş məşqçisi oldu

27 may 2025 , 23:26
Millimiz 1/4 finalda

Millimiz 1/4 finalda

27 may 2025 , 22:25
İtaliya klubu uğursuz mövsümdən sonra baş məşqçini  dəyişir

İtaliya klubu uğursuz mövsümdən sonra baş məşqçini dəyişir

27 may 2025 , 19:46
Bellinqemin qardaşı Almaniya klubuna  keçə bilər

Bellinqemin qardaşı Almaniya klubuna keçə bilər

27 may 2025 , 18:05
Fransız klubu qapıçı De Xea ilə maraqlanır

Fransız klubu qapıçı De Xea ilə maraqlanır

27 may 2025 , 12:43
“Arsenal”dan isveçli hücumçuya 5 illik müqavilə  TƏKLİFİ

“Arsenal”dan isveçli hücumçuya 5 illik müqavilə TƏKLİFİ

27 may 2025 , 09:37