Riçard Almeyda "Qarabağ"dan getdi
11 fevral 2025 17:06 (UTC +04:00)

Riçard Almeyda "Qarabağ"dan getdi

“Qarabağ” futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.

Lent.az kluba istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2012-2018, 2019 və 2021-2025-ci illərdə "köhlən atlar"da çıxış edən oyunçu 376 matçda 64 qol vurub.

Almeyda Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandanın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783

Oxşar yazılar