Azərbaycan millisinin Belarusla keçirəcəyi bugünkü qarşılama Maksim Medvedev üçün əlamətdar olub.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, Millətlər Liqasının II turunun səfər matçı təcrübəli müdafiəçinin yığmada 80-ci sınağı olub.
Yığmamızın kapitanı Serbiyadakı görüşün start heyətində yer alaraq Aslan Kərimova çatıb. Maksim millidəki oyun sayında 2-ci yerə şərik olub.
Medvedev yalnız Rəşad Sadıqovdan geri qalır. O, 111 matça çıxan sabiq “14 nömrə”dən 31 matç geri qalır.
Qeyd edək ki, Maksim yığmada 79 matça çıxan Kamran Ağayevi arxada qoyub.